“AZƏRBAYCAN” QƏZETİNİN REDAKTORUNA GÖRƏ AZƏRBAYCANDA MƏTBUAT AZADDIR

“Mənim fikrimcə Azərbaycan mətbuatı azaddır”. Bunu Azərbaycan Parlamentinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov “Azadlıq” qəzetinə müsahibəsində deyib.

3 may Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq təşkilatların yaydığı bəyanatlarda Azərbaycan mətbuatı ilə bağlı yer alan iradlarla razılaşmadığını deyən Sadıqova görə, Azərbaycan mətbuatı azaddır: “Beynəlxalq təşkilatlar media ilə bağlı ölkədəki əsl vəziyyəti öyrənib sonra bəyanat yaysınlar. Gəlib bir köşkə yaxınlaşıb qəzet alıb oxusunlar. Ölkədə prezidentdən tutmuş idarə müdirlərinə kimi hamı tənqid olunur və buna görə heç bir jurnalist nə həbs olunur, nə də cəzalandırılır”, – deyə Sadıqov qeyd edib.
          Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında 4  jurnalist (Sakit Zahidov, Eynulla Fətullayev, Qənimət Zahidov və Müşfiq Hüseynov) cəza çəkir.

Previous Post

ELÇİN BEHBUDOV ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI MƏLUMATLARI MTN-Ə TƏQDİM EDİB

Next Post

“HÜRRİYYƏT” QƏZETİNİN GƏNCƏDƏ YAYIMI İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.