İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİB

Milli Məclisin dünən (01 fevral) keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib. Bu barədə “Mediaforum” xəbər saytı məlumat yayıb.

İXM-in 187-1. (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) maddəsində edilmiş dəyişikliyə görə, qanunun tələblərini pozmuş teleradio yayımçıları ona tətbiq edilən müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində yayımlamasa, məsuliyyət daşıyacaq. Qanunun tələblərini pozan vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər isə min manatdan iki min manatadək cərimə edilə bilər.
Previous Post

Hüriyyət qəzetinin redaktoru oğlunun həbsi ilə əlaqədar keçirdiyi mətbuat konfransı

Next Post

REDAKTOR OĞLUNUN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.