
2008-ci ilin aprelində oğlunun hərbi xidmətə getdiyini qeyd edən S. Məmmədli hərbi hissədə onun dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qaldığını bildirib. Oğluna işgəncə verilməsi əmrlərinin birbaşa Beyləqandakı N saylı hərbi hissənin briqada komandiri Elsevər Axundovdan gəldiyini vurğulayan S. Məmmədli bununla bağlı Müdafiə Nazirliyinə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə, Hərbi Prokurorluğa və digər qurumlara müraciət edildiyini, lakin heç bir nəticə əldə olunmadığını bildirib.
S.Məmmədli 6 oktyabr 2009-cu il tarixdə Milli Ordu sıralarından təxris olunan oğlunun 10 noyabr tarixdə hansısa əsgərin döyülməsi ilə bağlı üzləşmə üçün hərbi hissəyə çağırıldığını, daha sonra isə Ağdam Hərbi məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib.
S. Məmmədli oğlunun hərbi xidmətə getdiyi gündən nəzarətə götürülməsinin, fiziki və mənəvi təzyiqlərə məruz qalmasının və həbsinin özünün jurnalist fəaliyyəti ilə əlaqədar olduğunu da bildirib.