“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUNUNA DƏYİŞİKLİK OLUNDU

Mart ayının 6-da Milli Məclisin iclasında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə müzakirələr aparılıb və müzakirələrdən sonra 104 səs lehinə, 5 səs əleyhinə və 1 səs bitərəf olmaqla əlavə və dəyişikliklər qəbul olunub.

Bu əlavə və dəyişikliklərin nə dərəcədə əhəmiyyətli olub-olmaması barədə media məsələləri üzrə müstəqil araşdırmaçı Ələsgər Məmmədliyə müraciət etdik. Media hüququ üzrə ekspert Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi açıqlamasında bildirdi ki, qanununa edilmiş bu əlavələr və dəyişikliklər mətbu nəşrlərin azadlığı və müstəqilliyi üçün ciddi təhlükə yaradacaq. Əlavələrin müəyyən etdiyi müddəalar Azərbaycan Respublikasının Konstitusiyasına, Avropa İnsan Haqları Konvensiyasının 10-cu (İfadə azadlığı və həmçinin mətbuat azadlığı) maddəsinə və bu maddə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi meyarlara ziddir. 
Ə.Məmmədli daha sonra qeyd edib ki, xarici ölkə vətəndaşı və ya ali təhsilli olmayan şəxsin hər hansı bir mətbu nəşrin redaktoru vəzifəsinə təyin edilməsinə qoyulan qadağa düzgün deyil. Çünki, konvensiyada göstərilir ki, hər kəsin informasiya almaq hüququ var. Yəni bu məsələdə vətəndaşlıq məsələsi heç bir rol oynamır.
Nəşriyyatların dövrü mətbu nəşrlərin məcburi nüsxələrini 10 gün ərzində təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərməməsinə görə mətbu nəşrlərin 2 aylığa bağlanması məsələsinə toxunan Ə. Məmmədli, bu dəyişikliyin absurd olduğunu və Azərbaycana ciddi şəkildə problem yaradacağını söylədi.
Ə. Məmmədli sonda KİV haqqında qanunu 19-cu maddəsinə edilmiş dəyişikliyə münasibət bildirdi. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibatı  məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılmasını həddən artıq sərt norma olduğunu söyləyib. Belə ki, inzibati məsuliyyətə cəlb olunan jurnalist onsuz da cəriməni ödəmiş olacaq və yenidən KİV-in bağlanması çox ağır, qeyri-adekvat sanksiyadır.
Previous Post

ELAN

Next Post

BİR NEÇƏ SAKİN BİNALARININ YERLƏŞDİYİ ƏRAZİDƏ QEYRİ-QANUNİ TİKİNTİ İŞLƏRİNİN APARILMASINA ETİRAZ EDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.