BİR NEÇƏ SAKİN BİNALARININ YERLƏŞDİYİ ƏRAZİDƏ QEYRİ-QANUNİ TİKİNTİ İŞLƏRİNİN APARILMASINA ETİRAZ EDİ

Bu gün (11 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Bakı şəhəri Xətai rayonu Sarayev küçəsi ev 7 ünvanını sakinləri adından Qocayev Tahir, yaşadıqları binanın ərazisində aparılan qeyri-qanuni tikintiyə etiraz olaraq mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən T. Qocayev bildirib ki, bina sakinləri adından məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edilib və icra başçısının 25.07.2008-ci il tarixli məktubu əsasən tikili tamamən sökülüb və ərazi öz əvvəlki vəziyyətinə salınmışdır. Lakin, 03.03.2009-cu il tarixindən etibarən həmin ərazidə yenidən tikinti işlərinə başlanılmış, gecə vaxtı beton özül işləri aparılmışdır. T. Qocayev onu da əlavə etdi ki, bununla əlaqədar olaraq binanın sakinləri Xətai rayon İcra Hakimiyyətinə gedib öz narazılıqlarını bildirsələr də buna məhəl qoyulmayıb.
Tədbirdə daha sonra çıxış edən binanın digər sakinləri də həmin ərazidə aparılan tikilinin dayandırılmasını və əvvəlki vəziyyətinə qaytarılmasını tələb ediblər. Belə ki, sakinlər jurnalistlərdən bu işdə onlara kömək olmalarının istəyiblər.
Previous Post

“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUNUNA DƏYİŞİKLİK OLUNDU

Next Post

ZÖHRAB İSMAYILIN İDDİASI TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.