“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” VƏ “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUNLARA DƏYİŞİK

Məlum olduğu kimi, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının iclasında “Televiziya və radio yayımı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara düzəlişlər layihələri müzakirə edilib.
Qanuna dəyişikliklər və əlavələri olduğu kimi sizə təqdim edirik:

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə”
                                         Azərbaycan Respublikası Qanununun layihəsinə dair

                                                                          ARAYIŞ

   1. 10-cu maddə.
      Mövcud variantı:

      Maddə 10. Özəl yayımçı

      10.1. Özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

      10.2. Özəl yayımçıların dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

      10.3. Aşağıdakılar özəl teleradio yayımının təsisçisi ola bilməzlər:

      10.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;

      10.3.2. fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;

      10.3.3. siyasi partiyalar;

      10.3.4. dini qurumlar;

      10.4. Özəl teleradio yayımçısı qanunla qadağan edilməyən bütün mənbələr hesabına maliyyələşdirilə bilər.

      Təklif olunan variant:

      10.5. Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.  

      2 və 3. 11.4.-cü maddə

      Mövcud variant:

      Maddə 11. Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri.

      11.4. Müvafiq dövlət orqanı bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədilə:

      11.4.1. öz aparatını və struktur bölmələrini yaradır;

      11.4.2. teleradio yayımçılarının reyestrini aparır;

      11.4.3. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirir;

      11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda məhkəmə qarşısında iddia qaldırır;

      11.4.5. teleradio yayımına xüsusi razılıq (lisenziya) vermək məqsədilə müsabiqə elan edir, müsabiqənin qayda və şərtlərini hazırlayır və müsabiqəni keçirir.  

      Təklif olunan variant:

      11.4. Müvafiq dövlət orqanı bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədilə:

      11.4.1. öz aparatını və struktur bölmələrini yaradır;

      11.4.2. teleradio yayımçılarının reyestrini aparır;

      11.4.3. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirir;

      11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır;

      11.4.5. teleradio yayımına xüsusi razılıq (lisenziya) vermək məqsədilə müsabiqə elan edir, müsabiqənin qayda və şərtlərini hazırlayır və müsabiqəni keçirir.  

      11.4.6. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verilir.

      4 və 5. 23-cü maddə.

      Mövcud variant:

      Maddə 23. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi.

      23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.

      23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər;

            23.2.1. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə                 uyğun olmayan məlumatlar əsasında alındıqda;

            23.2.2 yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay ərzində həyata keçirilmədikdə;

           23.2.3. xüsusi razılığın (lisenziyanın) sahibinin mifsizləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

          23.2.4. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

          23.2.5. dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi, və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda;

         23.2.6 Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərə tutulmuş digər hallarda.

               23.3. Teleradio yayımı zamanı bu qanunun və xüsusi razlığın (lisenziyanın) tələblərini pozulması ilə bağlı məhkəməyə daxil olmuş ərizəyə ən geci 15 gün müddətində baxılıb müvafiq qəbul edilməlidir.

Təklif olunan variant:

      23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvvəqəti dayandırıla bilər.

      23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər;

            23.2.1. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə                 uyğun olmayan məlumatlar əsasında alındıqda;

            23.2.2 yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay ərzində həyata keçirilmədikdə;

           23.2.3. xüsusi razılığın (lisenziyanın) sahibinin mifsizləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

          23.2.4. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

          23.2.5. dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi, və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda;

         23.2.6. yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində azı üç dəfə sanksiyaya məruz qaldıqda;

        23.2.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərə tutulmuş digər hallarda.

       23.3. Teleradio yayımı zamanı bu qanunun və xüsusi razlığın (lisenziyanın) tələblərini pozulması ilə bağlı məhkəməyə daxil olmuş ərizəyə ən geci 15 gün müddətində baxılıb müvafiq qəbul edilməlidir.

       6. 35.7-ci maddə
 
      Mövcud variantı:
 
      Maddə 35. Reklamın yayılması

      35.7.1. Reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20, ayrılıqda reklamın ümumi həcmi isə gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 15 faizindən çox ola bilməz.
 
     Təklif olunan variant:

     Maddə 35. Reklamın yayılması

    35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz
 
    7.   37-ci maddə
 
    Mövcud variant:
 
    Maddə 37. Müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması
 
    37.1. Yayımçılar Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müxbir məntəqələri, filial və nümayəndəliklər yarada bilərlər.

    37.2. Müxbir məntəqələri, filial və nümayəndəliklər teleradio yayımçılarının struktur bölmələridir və onların mənafeyini təmsil edir.

   37.3. Yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram  yayımlaya bilər.
 
    8. 39.6-cı maddə
 
Mövcud variant:
 
Maddə 39. Yayımçıların müəlliflik hüququ
 
39.6. Bu Qanun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya  kanalında yayımlamağa borcludur.
 
Təklif olunan variant:
 
Maddə 39. Yayımçıların müəliflik hüququ

39.6. Bu Qanunun Tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamağa borcludur.
 
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsinə dair

                                                                          ARAYIŞ
 
19-cu maddə

Mövcud variant:
 
Maddə 19. Kütləvi   informasiya vasitəsinin istehsalının və yayımın dayandırılması və ya ona xitam verilməsi
 
Kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Müvafiq icra hakimiyyəti orqanı:

   1. dövrü mətbu nəşr bu Qanunun 3-cü maddəsinin beşinci abzasının tələblərini yerinə yetirmədikdə;
   2. dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, habelə pornoqraflik materiallar dərc etdikdə (efirə verdikdə);
   3. kütləvi informasiya vasitəsinin xarici ölkələrin dövlətə orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə;
   4. kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

      Təklif olunan variant:

      Maddə 19. Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi

      Kütləvi informasiya vasitəsinin istehsalı və ya yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

      Müvafiq icra hakimiyyəti orqanı

      1)əcnəbi və ya ali təhsilli olmayan şəxs mətbu nəşrin redaktoru vəzifəsinə təyin edildikdə;

      2) dövrü mətbu nəşrlərin pulsuz məcburi nüsxələri tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən on gün müddətində müvafiq qurumlara göndərilmədikdə;

      3) kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibatı məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə, mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.

      Müvafiq icra hakimiyyəti orqanı:

   1. dövrü mətbu nəşr bu Qanunun 3-cü maddəsinin  beşinci abzasının tələblərini yerinə yetirmədikdə;
   2. dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya  informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə);
   3. kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə;

   4. kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və ya yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

RATİ MONİTORİNQ LAYİHƏSİNİN ARALIQ HESABATINI TƏQDİM ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.