REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Daxili İşlər naziri Ramil Usubovun Hüquq Müdafiəçisi Leyla Yunusa qarşı qaldırdığı iddianı geri götürməsini alqışlayır. İddianın geri götürülməsi 2 mart tarixində keçirilən məhkəmə iclasında elan edilib.

 Nazir R. Usubov iddia edirdi ki, Sülh və Demokratiya İnistitunun direktoru Leyla Yunus day.az saytına verdiyi müsahibədə polisin Dəvəçi rayonunda iki bacının  yoxa çıxmasında əli olduğunu söyləmiş və bununla onun işgüzar imicinə xələl gətirmişdir. Nazir hüquq müdafiəçisinin təkzib verməsini və 100 min AZN təzminat ödəməsini tələb edirdi.
RATİ inanır ki, iddianı geri götürməklə nazir Ramil Usubov söz azadlığına hörmət nümayiş etdirmiş və digər məmurların da riayət etməli olduğu bir nümunə göstərmişdir. 2007-ci ildə Ramil Usubov yerli və beynəlxalq ictimaiyyət arasında jurnalistlərə və KİV-ə qarşı ən çox iddia irəli sürən bir Azərbaycan məmuru kimi tanınmışdı. Amma onun bu işlə bağlı addımı yeni və müsbət bir ənənənin təzahürüdür.  RATİ qeyd edir ki, hökumət məmurları dövlət büdcəsindən istifadə edən ictimai icraçılar kimi demokratik cəmiyyətdə ictimai nəzarətin ayrılmaz hissəsi olan ictimai araşdırmaya və tənqidə məruzdurlar.
Previous Post

“NOVRUZ MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ JURNALİSTLƏRƏ DƏSTƏK OL!

Next Post

“TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” VƏ “KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA” QANUNLARA DƏYİŞİK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.