“Çap evi” mətbəəsi dünəndən (17 fevral) fəaliyyətini bərpa edib. Bu barədə mətbəənin direktoru Şahbaz Xuduoğlu RATİ-yə məlumat verib.
Onun sözlərinə görə, çap avadanlıqlarında olan texniki problemlər aradan qaldırılıb: “bazar günləri fəaliyyətimizi davam etdirəcəyik”. Artıq dünən “24 Saat”, “Yeni Müsavat”, ”Bakı xəbər”, “Bakı Zaman” qəzetləri çap olunub və satışa çıxarılıb.
Xuduoğlu vergi yoxlamaları barədə sualımızı cavablandırarkən qeyd edib ki, “yoxlamalar zamanı götürülmüş vergi sənədləri bizə geri qaytarılıb. Lakin yoxlamalar üzrə Vergilər Nazirliyinin yekun rəyi barədə heç bir məlumatımız yoxdur”.