“ÇAP EVİ” MƏTBƏƏSİ BAZAR GÜNLƏRİ İŞLƏMƏYƏCƏK

“Çap evi” mətbəəsi bu həftədən altı gün işləyəcək. Bu haqda RATİ-yə məlumat verən “Çap evi”nin direktoru Şahbaz Xuduoğlu qeyd edib ki, “mətbəənin altı günlük iş həftəsinə keçməsinə bəzi seksiyaların sıradan çıxdığı üçün yaranmış texniki problemlər səbəb olub”.

Mətbəədə olan avadanlıqların köhnə olduğunu vurğulayan Ş.Xuduoğlu həftənin bir gününü çap maşınlarının nizama salınmasına sərf edəcəklərini deyib.
 Qeyd edək ki, bu mətbəədə çap edilən və bazar ertəsi günü satışa çıxarılan bir sıra qəzetlər (“Yeni Müsavat”, “Bakı xəbər”, “Bakı zaman” və s.) problemlə üzləşəcək. Belə ki, Azərbaycanda fəaliyyət göstərən əksər mətbəələr bazar günləri işləmir. Digərlər mətbəələr isə müxalifyönlü qəzetləri çap etmir.

Previous Post

İLHAM ƏLİYEV BƏZİ MƏTBUAT NÜMAYƏNDƏLƏRİNİ İTTİHAM EDİB

Next Post

MÜXBİR REKTORU VƏ KOMİTƏ SƏDRİNİ MƏHƏMƏYƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.