BAŞ REDAKTOR CAVABDEH QİSMİNDƏ İŞƏ CƏLB OLUNDU

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "ANS press" Nəşriyyat Evinin  "Azadlıq fədailəri" qəzetinə qarşı qaldırdığı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində iddiaçılar, telekanalın hüquqşünası Hacıyev Tofiq, baş hüquq məsləhətçisi Tağıyev Araz və cavabdehlər   "Azadlıq fədailəri"  qəzetinin təsisçisi Təhmasib Novruzov, eyni zamanda qəzetin baş redaktoru olmuş Vüqar Qurdqanlı iştirak edirdilər.

Məhkəmə iclası təsisçinin hakimə sənədlərin təqdim edilməsi ilə açıldı. Redaksiyanın əmr kitabçası və baş redaktorun işə qəbul olması haqda sərəncamının  surəti məhkəməyə təqdim olundu. Hakim və vəkillər kitaba baxış  keçirdikdən sonra Vüqar Qurdqanlı cavabdeh qismində işə cəlb olundu.
Təsisçi hakimə və vəkillərə müraciət edərək məhkəmənin sülh yolu, yəni təkzibin verilməsi təklifi ilə çıxış etsə də, təklif qarşı tərəfin vəkilləri tərəfindən rədd olundu və məhkəmə iclası tərəflərin ifadələri ilə davam etdi.
Növbəti məhkəmə prosesi aprelin 7-i, saat 16:00-a təyin edildi.
Xatırladaq ki, “ANS Press” Nəşriyyat evi “Azadlıq Fədailəri” qəzetini və həmin qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11-01.12.2008 tarixli sayında dərc edilmiş “ANS-in pornoqrafiyası” və “ANS hər zaman, hər yerdədir- tərbiyəsizliyi ilə” başlıqlı yazılarına görə məhkəməyə verib. İddiaçı tərəf qəzetdə gedən həmin yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir.”ANS Press” Nəşriyyat Evi məhkəmədən qəzetin təkzib verməsi, qəzetdən 50000AZN, qəzetin əməkdaşı Allahverdi Nəbidən isə 10000AZN-in tutulması tələbi ilə xahiş edib.

Previous Post

ELAN

Next Post

JURNALİST SEÇKİ EKSPERT MƏRKƏZİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.