JURNALİST SEÇKİ EKSPERT MƏRKƏZİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  mətbuat mərkəzində yeni yaradılmış “Jurnalist Seçki Ekspert Mərkəzinin“ (JSEM) təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan qurumun həmtəsisçisi Ceyhun Musaoğlu bildirib ki, JSEM-i qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Onun sözlərinə görə Ədliyyə Nazirliyində sənədlərə 40 gün ərzində baxılacaq və bundan sonra bir həftə ərzində qeydiyyata alınacaq. Qurumun gösdərəcəyi fəaliyyətdən danışan C.Musaoğlu  onu da bildirib ki, qurumun əsas məqsədi Azərbaycanda keçiriləcək seçkilər haqqında ədalətli və tərəfsiz informasiya yaymaqdır: “Bu qurum açıq mərkəz olacaq və ölkədə keçiriləcək prezident, parlament, bələdiyyəseçkilərində və hətta referendumlarda jurnalistlərlə birgə əməkdaşlıq edəcək.

    Qurumun digər həmtəsisçisi “Alma“qəzetinin baş redaktoru Elnur Aslanbəyli öz çıxışında bildirib ki, əsas məqsəd qurumu bir mərkəz kimi təqdim etməkdir:“Seçkilərin obyektiv işıqlandırılması zamanı jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Buna görə də bizim üçün əsas məqsəd qrup şəklində çalışmaqdır.“

Previous Post

BAŞ REDAKTOR CAVABDEH QİSMİNDƏ İŞƏ CƏLB OLUNDU

Next Post

“AQO” QRUPU MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ DÖVLƏT RƏSMİLƏRİ İLƏ SÖZ AZADLIĞI MÖVZUSUNDA MÜZAKİRƏLƏR APARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.