“Gün Səhər” qəzetinin bu günkü buraxılışında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının müsahibəsi dərc olunub.
Müsahibəsində baş redaktor bir sıra maraqlı məqamlara toxunub, eyni zamanda “Ayna” qəzetinin gündəlik nəşrinin dayandırılmasına dair fikirlərini bildirib. Onun sözlərinə görə, “yanvar ayında qəzet bazarında reklam 40 faiz azalıb. Belə ki, keçən il reklam hesabına görə hər iki qəzeti saxlaya bilirdiksə, bu ilin əvvəllərindən gözləmədiyimiz halda reklam azaldı”.
E. Şıxlı “Ayna” qəzetinin həftəlik nəşri ilə bağlı onu bildirib ki, “iqtisadi məsələni nəzərə alsaq, medianın vəziyyəti “Ayna”-nın durumundan da betərdi. Bunun üçün qəzetləri vərəqləmək, səhifələrdə reklamın olub-olmamasına diqqət etmək kifayətdir”.