BAŞ REDAKTOR BARƏSİNDƏ SEÇİLMİŞ HƏBS QƏTİMKAN TƏDBİRİNİN MÜDDƏTİ DAHA 3 AY UZADILDI

Noyabrın 19-da Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə   “azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev barəsində seçilmiş  həbs qətimkan tədbirinin müddəti  daha 3 ay uzadılıb. Bu barədə “mediaforum.az” xəbər saytı məlumat yayıb.

Baş redaktorun vəkili Anar Qasımlının verdiyi məlumata görə,  məhkəmə həbs qətimkan tədbirinin müddətinin uzadılmasını “işin müstəsna dərəcədə ağırlığı” amili ilə əsaslandırıb:  “Prosesdə Nicat Əliyevin özü də iştirak edirdi. Qeyd edim ki,  hakim “müstəsna ağırlıq” deyəndə nəyin nəzərdə tutulduğu izah etmədi”.

Xatırladaq ki, 2012-ci may ayının  20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı  Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq
narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində  həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra iki dəfə bir ay olmaqla haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılmışdı. Hal-hazırda Nicat Əliyev Kürdəxanı təcridxanasında saxlanılır.

Previous Post

SAHİBKARLAR TAĞI ƏHMƏDOVA QARŞI KOMPROMATLARA MALİK OLDUQLARINI DEYİRLƏR

Next Post

RATİ AKSİYA ZAMANI JURNALİSTLƏRƏ QARŞI POLİS ZORAKILIĞINI PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.