VƏTƏNDAŞIN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (27 iyul) Ali Məhkəmədə hakim Qəhrəman Allahverdiyevin sədrliyi ilə Səbail rayon Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin direktoru Məhin Orucovanın iddiası əsasında həmin məktəbin tar müəllimi Ağakərim Kərimov barəsində Apellyasiya Məhkəməsinin 22 iyul 2011-ci il tarixində çıxardığı qərardan verilən kassasiya şikayəti təmin edilməyib.  

Qeyd edək ki, prosesdə iddiaçının vəkili Ülvi İsmayılov, cavabdeh Ağakərim Kərimov və vəkili Qabil Dadaşov iştirak edirdilər.
    İlk olaraq, cavabdeh və onun vəkili çıxış ediblər. Hər ikisi onlara qarşı qaldırılan iddianın əsassız olduğunu deyərək, şikayətin təmin edilməməsini hakimdən xahiş ediblər.
    Daha sonra çıxış edən iddiaçının vəkili Ü. İsmayılov iddianın tam əsaslı olduğunu və təmin edilməsini məhkəmədən xahiş etdi.
Qısa sürən müşavirədən sonra hakim Q. Allahverdiyev kassasiya şikayətinin təmin olunmaması barədə qərarı elan etdi.
Xatırladaq ki, Səbail rayon Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin tar müəllimi Ağakərim Kərimov məktəbin direktoru Məhin Orucova barəsində “Gündəlik Azərbaycan” qəzetinin 2006-cı il  26 fevral və 10 mart  tarixlərində “Musiqi məktəbi rüşvətxorluq yuvasına çevrilib” və “Direktor özünü təmizə çıxartmağa çalışdı” başlıqlı məqalələrlə çıxış etmişdi. Musiqi məktəbinin direktoru M. Orucova bu məqalələrdə yer alan fikirləri özünün şərəf və ləyaqətini təhqir etdiyini əsas gətirərək, Nəsimi rayon Məhkəməsinə müraciət etmişdi. Nəsimi rayon Məhkəməsi 01 aprel 2010-cu il tarixdə M. Orucovanın xeyrinə qərar qəbul edib. Apellyasiya  Məhkəməsi  22 iyul 2010-cu ildə şikayəti təmin etməyib.  

Previous Post

2003-CÜ İLİN SİYASİ MƏHBUSLARI BARƏDƏ AVROPA MƏHKƏMƏSİ QƏRAR ÇIXARIB

Next Post

PROKURORLUQDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN İZAHATI ALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.