Bu gün Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin (VCMK) 2- ci Ümumi Yığıncağı keçirilib. Əvvəlcə VCMK-nın ötən müddət ərzində gördüyü işlər barədə məlumat verildi. Qeyd olundu ki, “Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif edilən əlavə və dəyişikliklərin Milli Məclisin gündəliyindən çıxarılması ilə bağlı VCMK 14 iyunda mətbuat konfransı təşkil edib, 18 iyunda ictimai Forum, 19- iyunda MM önündə etiraz aksiyası təşkil edib. Eyni zamanda prezidentə, Milli Məclisə, beynəlxalq qurumlara müraciətlər edilib.
İçşi Qrupunun təklifləri ilə yanaşı bir sıra digər təkliflər də irəli sürüldü:
o QHT- lərə Dövlət Dəstək Şurası ilə görüş keçirilsin,
o Regionlarda QHT- lərin umumi yıgıncagı təşkil olunsun.
o İşlərin aparılması üçün daxili Fond yaradılsın.
o Prezident İlham Əliyevlə görüş keçirilsin.
Müzakirələrin yekununda aşağıdakı qərarlar qəbul olundu;
1. Beynəlxalq qurumlara, yerli ictimaiyyətə müraciət etmək. Onlardan bu yöndə dəstəklərinə görə təşəkkür etmək və səylərini artırmaga çagırmaq.
2. VCMK-nın saytını yaratmaq
3. 30 iyunda Milli Məclisin önündə piket keçirmək
4. 25 iyunda mətbuat konfransı keçirmək
5. Regionlarda QHT- lərlə görüşlər keçirmək
6. İTV-ni və Bakı şəhər İcra hakimiyyətini məhkəməyə vermək
7. Prezident İlham Əliyevə görüşlə bağlı müraciət etmək.