PƏRVİZ ƏZİMOVUN MƏHKƏMƏSİ SABAH DAVAM EDƏCƏK

Bu gün (22 iyun) Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı Pərviz Əzimov, iddiaçının səlahiyyətli nümayəndəsi Yaşar Ağazadə, cavabdeh tərəfdən isə səlahiyyətli nümayəndə Ruslan Həmidov iştirak edirdi.
     Bugünkü prosesdə şahid qismində LDU-nun professoru Rəşid Məmmədov ifadə verib. R.Məmmədov ifadəsində P.Əzimovu nümünəvi və tərbiyəli tələbə kimi xarakterizə edərək, onun hansısa tələbə ilə savaşdığını eşitmədiyini bildirib. 
   Cavabdehin nümayəndəsi R.Həmidov isə bir daha P.Əzimovun universitetdə tələbə ilə insident yaratdığı və bununla da daxili nizam-intizam qaydalarını pozması ilə əlaqədar LDU-dan xaric edildiyini deyib.
    Hakim növbəti prosesi 23 iyun, saat 11.30-a təyin etdi.
   Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral, 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİ MÜDAFİƏ KOMİTƏSİNİN 2-Cİ ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB

Next Post

JURNALİSTLƏR LƏNKƏRANDA TƏZYİQƏ MƏRUZ QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.