VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ TƏSİS OLUNDU

Bu gün 50-yə qədər Qeyri-hökumət təşkilatının (QHT) rəhbəri iyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı fövqəladə toplantı keçirib. Tədbirdə iştirak edən QHT rəhbərləri Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi təsis ediblər.

 Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı etiraz aksiyaları keçirməyi planlayan müdafiə komitəsinin üzvləri 10 nəfərdən ibarət işçi qrupu yaradıblar. Qanuna dəyişikliklə bağlı etiraz bəyanatı hazırlayacaq işçi qrupu bunun üçün imzatoplama kampaniyasına da start vercəklər. Məsələ ilə bağlı ölkə Prezidentinə, Milli Məclisə və Avropa Şurasına etiraz müraciəti hazırlayan işçi qrupu iyun ayının 18-də dəyirmi masa keçirməyi də qərara alıb.
Tədbir iştirakçıları ictimaiyyətə daha geniş məlumat vermək məqsədilə sabah saat 14.00-da mətbuat konfransı keçirəcəklər.
 Mətbuat konfransı ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı telefon vasitəsilə əlaqə saxlamaq olar: 050 398 48 38
Previous Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.