Bu gün (11 iyun) Abşeron rayon Məhkəıməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Musavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127 (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən “Media Hüquqları” İnstitutunun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak ediblər.
Təqsirləndirilən tərəfin şahidləri 3 iyun 2008-ci epizodu üzrə ifadə verərək, M.İsmayıloğlunun hadisə baş verən vaxt qohumunun yas mərasimində olduğunu deyiblər. 21 iyun epizodu üzrə isə M.İsmayıloğlunun məhkəməyə şahid qismində təqdim etdiyi sürücüsünün dindirilməsinə isə hakim tərəfindən icazə verilmədi. Hakim Ş.Abbasov növbəti prosesi 19 iyun, saat 16:00-a təyin etdi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.