VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASI DƏYİRMİ MASA KEÇİRDİ

Bu gün (19 fevral) Reportyorların Azadlığı və təhlükəsizliyi İnstitunun (RATİ) mətbuat mərkəzində Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası  (VCDK) vətəndaş cəmiyyətinin problemləri ilə bağlı dəyirmi masa keçirdi.

VCDK-nın Şura üzvü Oqtay Gülalıyev bildirdi ki, VCDK-nin təşəbbüsü ilə yaradılan Qeydiyyatından imtina edilən QHT Şəbəkəsinin (şəbəkəyə hazırda 21 QHT qoşulub) koordinatorları kimi QHT-lərər Dövlət Dəstək şurasında, Milli Demokratiya İnstitutunda və ABŞ- ın Azərbaycandakı səfirliyində görüşlər keçiriblər. O qeyd etdi ki, beynəlxalq təşkilatların Azərbaycan hakimiyyəti ilə apardığı danışıqların müsbət nəticə verəcəyini gözləyir.
O. Güləliyev çıxışında vurğuladı ki, 2009-cu ilin iyun ayında “QHT haqqında” Qanuna dəyişikliklər, həmçinin 30 dekabrda prezidentin fərmanı ilə bu qanuna edilmiş məhdudlaşdırıcı fərmanla yanaşı, “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanuna 12 fevralda edilən əlavə və dəyişikliklər də təkcə KİV-in deyil, vətəndaş cəmiyyətinin digər institutlarının da fəaliyyət imkanlarını məhdudlaşdırır.
Tədbirdə çıxış edən digər QHT təmsilçiləri də vətəndaş cəmiyyətinin problemləri ilə bağlı fikir və təkliflərini səsləndirdilər.
 
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASI DƏYİRMİ MASA KEÇİRDİ

Next Post

MEDİA QANUNVERİCİLİYİNƏ DƏYİŞİKLİKLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.