NAXÇIVANDA JURNALİSTİN İDDİASI TƏMİN OLUNMAYIB

Bu gün Naxçıvan Apellyasiya Məhkəməsinin hakimi Vəli Abdullayevin sədrliyi ilə “Azadlıq” radiosunun müxbiri, Naxçıvanın Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibovanın verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Vəli Abdullayev sübutların az olmasını əsas gətirərək Naxçıvan Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu məlumatı RATİ-yə  Nəsibova özü verib. Onun sözlərinə görə qərardan kassasiya şikayəti veriləcək.

Xatırladaq ki, 11 dekabr 2007-ci il tarixdə Resurs Mərkəzi polis tərəfindən dağıdılmış, kompüter və digər texniki avadanlıq müsadirə edilmişdi. Sonradan bəzi avadanlıqlar qaytarılsa da, onlar yararsız hala salınmışdı. Məlahət Nəsibova polisin bu hərəkətindən Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Lakin iddia rədd edildiyindən Nəsibova Apellyasiya Məhkəməsinə şikayət vermişdi.

Previous Post

ƏHƏD ABIYEV QƏZETİ MƏHKƏMƏYƏ VERMƏK İSTƏYİR

Next Post

“SƏNƏT QƏZETİ”NDƏ DƏRC EDİLƏN ƏSƏRƏ GÖRƏ QALDIRILAN İDDİA TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.