“SƏNƏT QƏZETİ”NDƏ DƏRC EDİLƏN ƏSƏRƏ GÖRƏ QALDIRILAN İDDİA TƏMİN EDİLMƏYİB

Bu gün (30 aprel) Binəqədi Rayon Məhkəməsində hakim Svetlana İsmayılovanın sədrliyi ilə Şuşa sakini Fyodr Məhərrəmovun “Sənət qəzeti”nin yazarı Rasət Pirisoyuya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi yekunlaşıb.

Məhkəmə Nəsimi adına Ədəbiyyat və Dilçilik İnstitutunun təqdim etdiyi ekspertiza rəyini elan etdi. Qeyd edək ki, poemada Fyodr Məhərrəmovun ləyaqətinə toxunan məqamın olub-olmasını yoxlamaq üçün əsər ekspertizaya göndərilmişdi. Rəydə bildirilir ki, poema heç kəsin ləyaqətinə toxunmayan şəkildə yazılmışdır və poemada Fyodr Məhərrəmov haqqında heç bir məlumat yoxdur. Daha sonra tərəflər son çıxışlarını edərək, öz mövqelərində qaldıqlarını bəyan etdilər.
 Hakim müşavirədən sonra qərarı oxudu. Qərara əsasən, Rasət Pirisoyuya qarşı qaldırılan iddia təmin edilmədi.
         Xatırladaq ki, Fyodr Məhərrəmovla yazıçı Rasət Pirisoyu arasında məişət zəminində (onlar qonşudurlar) münaqişə yaranmışdı. Bu münaqişədən sonra Pirisoyu  "Petka", sonra isə "Fedka" adı ilə poema yazmış və onu “Sənət qəzeti”ndə dərc etdirmişdi.  Məhərrəmov isə poemadakı personajın onun özünə uyğun təqdim edildiyini və bunla da təhqir edildiyini əsas gətirərək Pirisoyunun üzr istəməsi xahişi ilə məhkəməyə müraciət etmişdi.

Previous Post

NAXÇIVANDA JURNALİSTİN İDDİASI TƏMİN OLUNMAYIB

Next Post

DAHA BİR QƏZETİN MƏHKƏMƏSİ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.