GƏNC FƏALIN ZORAKILIQLA ÜZLƏŞMƏSİNƏ DAİR MƏHKƏMƏSİ QAPALI KEÇİRİLİB

Fevralın 22-də Sumqayıt şəhər Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Sumqayıtda saxta narkotik ittihamı ilə həbs edilən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı saxlanılarkən baş vermiş qanun pozuntularına görə onun işinin istintaqını aparan polisə  qarşı qaldırdığı  iddiası  üzrə  məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi bu dəfə də qapalı keçirilib. Prosesə yalnız  gənc fəal Cabbar Savalanlının vəkilləri Anar Qasımov və Əsabəli Mustafayev iştirak edib.
            Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun üzərində axtarış aparılarkən 0,74 qram narkotik maddə aşkarlandığını bildirib, Sumqayıt Şəhər Məhkəməsi isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. O həbs olunarkən döyülüb və ilkin ifadəsi təzyiq altında, vəkillərinin iştirakı olmadan alınıb.
           Yerli hüquq müdafiə və gənclər təşkilatları bu həbsin sifarişlə həyata keçirildiyini,  Savalanlının sosial şəbəkələrdə səsləndirdiyi hakimiyyəti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirirlər.  

Previous Post

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ FƏTULLAYEVİN İŞİNİ MÜZAKİRƏ EDƏCƏK

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.