AZƏRBAYCAN JURNALİST QURUMLARI KOALİSİYASI HESABAT AÇIQLAYIB

Bu gün (06 iyun) Azərbaycan Jurnalist Qurumları Koalisiyasının (JQK) təşkilatçılığı ilə "Azərbaycan mətbuatında etik prinsiplərin gözlənilməsi” layihəsi üzrə aparılmış 6 aylıq hesabatın nəticələri açıqlandı. 

Nəticələri açıqlayan "Turan" İnformasiya Agentliyinin rəhbəri,  Mətbuat Şurasının İdarə Heyətinin üzvü Mehman Əliyevin sözlərinə görə, layihə JQD-də təmsil olunan “Nəcəf Nəcəfov” Fondu, “Azərbaycan Jurnalistlər Birliyi”, “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Demokratik Jurnalistlər Liqası”, "RUH" Jurnalistlərin Müdafiə Komitəsinin müəllifliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin ayırdığı maliyyə hesabına həyata keçirilir.                           
“Artıq 6 aydır ki, biz bu monitorinqi həyata keçiririk. Bu layihəni həyata keçirməkdə məqsədimiz Azərbaycan mətbuatında etik prinsiplərin qorunması üçün  redaksiyalara yardım etməkdir. Niyyətimiz mövcud problemləri üzə çıxartmaq və bu problemlərin həllinə yardım etməkdir”, – deyə qeyd edən M. Əliyevin sözlərinə görə,  fevral ayı ilə  müqayisədə mart ayında mətbuatda etik normalarla bağlı  pozuntular iki dəfəyə qədər azalıb. Onun sözlərinə görə, bu dövr ərzində şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipi ilə bağlı pozuntular da xeyli azalıb.                             
Layihənin koordinatoru İsrail Musayevin bildirdiyinə görə ötən ilin oktyabrın 1-dən başlanmış və 2008-ci ilin 4 ayını əhatə etmiş monitorinqində 59 qəzetdə və 4 internet KİV-də 27720 pozuntu qeydə alınıb.  Onun sözlərinə görə həmin pozuntuların 52 %-i “Düzlük, dəqiqlik və obyektivliyə xidmət” prinsipi pozulub. Pozuntular arasında “İnformasiya mənbəyinə hörmət” prinsipi 36 %, “Şərəf və ləyəqətinin qorunması” prinsipininin pozulması 10,6 faiz təşkil etmişdir.  “Peşə etlkası kodeksininin pozulmasına dair məqalələrə ən çox “Səs”, “İdeal” və “Müasir Müsavat” qəzetlərində rast gəlinir. Musayevin fikrincə,  hər üç qəzetdə etik normaların pozulması faktlarının çoxalması seçkiqabağı ərəfə ilə bağlıdı.Sonda M.Əliyev əlavə etdi ki, qəzetləri istiqamətləndirib treninqlər, tədris kitabları hazırlamaq və bu kimi məsələləri həll etmək lazımdır ki, mövcud pozuntular azalsın Qeyd edək ki, həyata keçirilən layihəyə  2008-ci il sentyabrın 30-da yekun vurulacaq.
Previous Post

ANS MÜXBİRİNİN BIÇAQLANMASI İLƏ BAĞLI YANLIŞ MƏLUMATLAR YAYILIB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN HƏBSİNDƏN VERİLƏN KASSASİYA ŞİKAYƏTİ İCRAATA GÖTÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.