ANS MÜXBİRİNİN BIÇAQLANMASI İLƏ BAĞLI YANLIŞ MƏLUMATLAR YAYILIB

“Bizim yol” qəzetinin bu günkü buraxılışında ANS telekanalının “Növbətçi” kriminal xəbər verilişinin dünənki (6 iyun) gecə buraxılışına  istinadən “ANS-in müxbiri bıçaqlandı” başlığı altında  məqalə dərc olunub.

Məlumatda bildirilir ki, iyun ayının 6-sı ANS-in Biləsuvar bölgə müxbiri Ələddin Əzimov sinəsindən və qarın boşluğundan bir necə bıçaq zərbəsi alıb. Biləsuvar rayon xəstəxanasına çatdırılan jurnalistin qara ciyərinin zədələndiyi müəyyən olunub və əməliyyat nəticəsində onun öd kisəsi çıxarılıb. Məlumatda jurnalistin səhhətinin ağır olduğu bildirilir.
RATİ ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevdən hadisə ilə bağlı məlumat alarkən Mustafayev  bıçaqlanan şəxsin ANS-in müxbiri olmadığını bildirdi. O, Ələddin Əzimovun bıçaqlanması barədə dünən ANS-də reportajın getməsini təsdiqlədi, lakin reportajda bıçaqlanan Ələddin Əzimovun ANS müxbiri kimi təqdim olunduğunu təkzib etdi və “Bizim yol”-un məlumatını ANS-ə qarşı təxribat xarakterli məlumat kimi  qiymətləndirdi.
RATİ öz növbəsində Biləsuvar rayon prokurorluğu ilə əlaqə saxlayıb və orada Ələddin Əzimov adlı şəxsin bıçaqlanmasından məlumatsız olduqlarını bildirdilər.
Lakin sonradan RATİ Biləsuvar şəhər xəstəxanasının cərrahiyə şöbəsində yatan 47 yaşlı Biləsuvar rayonunun Günəşli kənd sakini fermer Ələddin Əzimovla əlaqə yarada bildi. Onun özünün dediyinə görə, Mamed adlı şəxsin çayxanasında baş verən mübahisədən sonra  Həsənov Cabir tərəfindən bıçaqlanıb.
O da aydın oldu ki, dünən xəstəxanaya bıçaqlanan Ələddin Əzimovun yanına reportaj hazırlamaq üçün gələn Cəlilabad rayonunun Alar kəndinin digər sakini ANS-in Biləsuvar bölgə müxbiri Ələddin Əzimov olub. Müxbir Ələddin Əzimov bıçaqlanan Ələddin Əzimovdan reportaj hazırladıqdan sonra həmin reportaj ANS-də “Növbətçi” kriminal xəbər verilişində efirə gedib. 

Previous Post

QHT koalisiyasının keçirdiyi Media Monitorinqinin nəticələri

Next Post

AZƏRBAYCAN JURNALİST QURUMLARI KOALİSİYASI HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.