HƏMKARLARI ÇİNGİZ MUSTAFAYEVİN QƏBRİNİ ZİYARƏT EDİBLƏR

Bu gün (15 iyun) Azərbaycanın Milli Qəhrəmanı, ANS telekanalının reportyoru Çingiz Mustafayevin ölüm günüdür.

Mərhum jurnalistin ölümündən 17 il keçir.
Çingiz Mustafayevin həmkarları – ANS şirkətlər qrupunun əməkdaşları və ailə üzvləri Şəhidlər Xiyabanında şəhid jurnalistin məzarı önünə yığışaraq, Milli Qəhrəmanlın xatirəsini yad ediblər.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun kollektivi də şəhid jurnalistin məzarını ziyarət edərək, qəbri üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, Çingiz Mustafayev Qarabağ müharibəsi zamanı – 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Şəhid jurnalistə 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
 
Previous Post

HƏMKARLARI ÇİNGİZ MUSTAFAYEVİN QƏBRİNİ ZİYARƏT EDİBLƏR

Next Post

QHT HAQQINDA QANUNUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR MÖVCUD TƏŞKİLATLARA DA TƏSİR GÖSTƏRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.