QHT HAQQINDA QANUNUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR MÖVCUD TƏŞKİLATLARA DA TƏSİR GÖSTƏRƏCƏK

Son günlərdə “Qeyri-hökumət Təşkilatları haqqında”  Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliklərin mövcud təşkilatlara da təsir göstərəcəyi ilə bağlı  suallar meydana çıxmışdır.

Bir çox  təşkilatlar təklif edilən  Qanunun "Keçid Müddəaları Bölməsi”ni istisna edən müqayisəli versiyaya malikdir. Reportyorların  Azadlığı və Təhlükəsizliyi İnstitutu bu qanun layihəsinin surətini əldə etmişdir.
VI. Keçid Müddəaları
Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarına da bu Qanunun müddəaları şamil edilir.
Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini, habelə təsisçilərini bu Qanunun tələblərinə uyğunlaşdırmalıdırlar.
Bu Qanun qüvvəyə mindikdən sonra bir il müddətində öz fəaliyyətlərini bu Qanunun tələblərinə uyğunlaşdırmayan qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.
RATİ  artıq Azərbaycanda bütün müstəqil QHT-ləri təhlükəyə məruz qoyan dəyişikliklər haqqında bəyanatı  yaymışdır.
 
Bəyanat üçün buraya baxın:http://www.irfs.az/content/view/2436/lang,az/
Previous Post

HƏMKARLARI ÇİNGİZ MUSTAFAYEVİN QƏBRİNİ ZİYARƏT EDİBLƏR

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ ELÇİN BEHBUDOV EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.