HƏMKARLARI ÖLÜMÜNÜN 7-Cİ GÜNÜNDƏ ŞAHİN AĞABƏYLİNİN MƏZARINI ZİYARƏT EDİBLƏR

       Noyabrın 2-də “Milli yol” qəzetinin və “Poliqon” informasiya agentliyinin baş redaktoru Şahin Ağabəylinin faciəli ölümünün 7-ci günü tamam olub. Jurnalist həmkarları, ictimai-siyasi xadimlər və yaxınları Neftçala rayonunun Aşağı Qaramanlı kəndində Şahin Ağabəylinin məzarını ziyarət ediblər. Məzarı başında jurnalisti anan ziyarətçilər çıxışlarında bildiriblər ki, Şahin Ağabəyli peşə fəaliyyətini yerinə yetirməyə gedərkən həlak olduğu üçün, o, jurnalistikanın şəhidlərindən sayılır.

ərhumun ruhuna dualar oxuduqdan sonra, Şahin Ağabəylinin ata evində yas mərasimində iştirak edərək, ailəsinə və yaxınlarına da başsağlığı veriblər.

         Xatırladaq ki, oktyabrın 27-də Şahin Ağabəyli və “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər seçki kampaniyası ilə əlaqədar regionlardakı vəziyyətlə bağlı sorğu keçirmək üçün səfərə çıxarkən, Bakı-Qazax yolunun 51-ci kilometrliyində – Səngəçal qəsəbəsində qəzaya düşüblər. “Nissan-Tida” markalı avtomaşında olan Şahin Ağabəyli həlak olub, Aqil Ələsgər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Previous Post

EYNULLA FƏTULLAYEVİN BAKI ŞƏHƏR PROKURORLUĞUNA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.