MİLLİ MƏTBUAT GÜNÜNDƏ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI ZİYARƏT EDİLİB

     Bu gün (22 iyul) Milli Mətbuat günündə bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, ölkənin müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, milli qəhrəmanlar Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov və digərlərinin məzarlarını ziyarət ediblər, gül dəstələri qoyublar.

Məhrum jurnalist Elmar Hüseynovun qəbri üstündə danışan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, ölkədə media azadlığı boğulur, jurnalistlər fiziki təzyiqlərə məruz qalır. Media əsasən hökumətin nəzarətinə keçib. Azad və müxalifət medianın jurnalistləri isə təzyiqlərlə üzləşir. 2005-ci il martın 2-də qətlə yeririlmiş “Monitor” jurnalının  baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də Gürcüstandan tutulub gətirilmir. E.Hüseynovun Gürcüstanda yaşayan qatillərinin həbs edilməsinin problem olduğunu iddia edən istintaq orqanları bu günlərdə “Azər-Ross” şirkətində qətl törədərək Gürcüstanda gizlənmiş adamları bir neçə gün ərzində həbs edib ölkəyə gətirdi”, –  o bildirib.

              Çıxışlarda Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov kimi ziyalılar Azərbaycan xalqının cəmiyyəti irəli aparan mühüm şəxsləri kimi xarakterizə edilib. “Həsən bəy Zərdabi Azərbaycan xalqının vicdan səsi idisə, Nəcəf Nəcəfov müasir jurnalistikanın ədalət simvoludur”, -deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

 

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU YARIMİLLİK HESABATINI AÇIQLAYIB

Next Post

İCTİMAİ PALATA DAŞQIN ZONASIYLA BAĞLI DURUMU PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.