İCTİMAİYYƏT ELMAR HÜSEYNOVUN XATİRƏSİ MƏZARI BAŞINDA YAD ETDİ

Martın 2-də saat 12.00-da iki yüzdən çox adam 2005-ci il martın 2-də evinin kandarında qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru  Elmar Hüseynovun məzarını ziyarət edib. Anım mərasimini  iştirakçıları arasında ABŞ, Almaniya və digər ölkələrin səfirliklərinin nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər müxalifət partiyalarının sədrləri o cümlədən təmsilçiləri olublar.

Tədbirdə çıxış edənlər hakimiyyəti bu cinayətin üstünün açılmamağında və ümumiyyətlə bunu etmək istəməməkdə ittiham ediblər
.
“Hakimiyyətin bilavasitə bu qətldə əli var, odur ki, onun üstünün açılmasını istəmir. Lakin gün gələcək biz buna nail olacağıq”, – deyə çıxışında  Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli öz çıxışında bildirib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə bildirib ki, jurnalistin ölümünün səbəblərini onun yazılarında axtarmaq lazımdır. “Elmarın nə üçün öldürülməsi ilə bağlı suala cavab almaq istəyən  “Monitor” jurnalının son sayını, dövlət  başçısının xanımı Mehriban Əliyeva haqqında yazılmış məqaləni oxusun”, – deyə o vurğulayıb.
Müsavat Partiyasının başqanı i İsa Qəmbər isə deyib ki, Elmarın qətlində məqsəd azad mətbuatın ağzını yummaq olub. Lakin hakimiyyət buna nail ola bilməyib.  
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov isə Elmarın qatillərinin və bu qətli sifariş edənlərin aşkarlanmağı üçün etiraz aksiyalarına başlamağı, habelə axşam saat 20.30-da Elmarın öldürüldüyü evin qarşısında toplaşaraq xatirəsini şam yandırmaqla anmağı təklif etdi.
Xatırladaq ki,  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər.  Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.

Previous Post

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GƏNC FƏALIN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.