MÜŞFİQ HÜSEYNOV MÜALİCƏ OLUNUR

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov dünən 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu haqda RATİ-yə hüquq müdafiəçisinin özü məlumat verib.

“Mən Cəzaçəkmə Müəssisəsinə  jurnalistin öz istəyi ilə getdim. Onun vəziyyəti normaldır. Saxlanma şəraitindən və nəzarətçilərdən heç bir şikayəti yoxdur. Bir az soyuqdəyməsi var və müalicə olunur”, –  deyə qeyd edən E. Behbudovun sözlərinə görə, görüş zamanı CM-nin rəhbəri bildirib ki, Hüseynovu Müalicə Müəssisəsinə köçürmək istəyiblər. Lakin jurnalistin özü bunu istəməyib.

Previous Post

HƏBS EDİLMİŞ JURNALİSTİN VALİDEYNLƏRİ PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR

Next Post

“GÜN SƏHƏR” QƏZETİNİN ƏMƏKDAŞI PROKURORLUQDA DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.