“GÜN SƏHƏR” QƏZETİNİN ƏMƏKDAŞI PROKURORLUQDA DİNDİRİLİB

Bu gün “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsi ilə əlaqədar daha bir jurnalist istintaqa cəlb olunub.

Belə ki, “Gün səhər” qəzetinin əməkdaşı Nemət Hüseynli müstəntiq Əli Quliyev tərəfindən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb və iki saata yaxın orada dindirlib. Bu barədə RATİ-yə qəzetin baş redaktoru Qabil Abbasoğlu məlumat verib: “Aqil döyüləndən sonra  onun telefonuna gələn zənglərin siyahısında əməkdaşımızın adı olub. Və bu barədə informasiya almaq məqsədilə Hüseynli idarədə dindirilib”.  


Previous Post

MÜŞFİQ HÜSEYNOV MÜALİCƏ OLUNUR

Next Post

ƏFV EDİLMİŞ JURNALİST POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.