Rabitəyə nəzarət şəxsi həyatın toxunulmazlığı hüququnu və azadlığı sarsıdır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün ifadə azadlığı və şəxsi həyatın toxunulmazlığı hüququnun müdafiəsi üçün minimum standartları müəyyən edən sənədi – “İnsan Haqlarının Rabitəyə Nəzarətə Tətbiqi Haqqında Beynəlxalq Prinsiplər”i imzalayıb.  

Prinsiplər rəqəmsal əsrdə bütün dünya ölkələri üçün icbarı xarakter daşıyan beynəlxalq insan hüquqları hüququnun hökumətlərdən nəyi tələb etdiyini aydın ifadə edir. Prinsiplər artmaqda olan beynəlxalq konsensusa dəstək olaraq bildirir ki, müasir nəzarət artıq ifrat dərəcəyə çatıb və onun məhdudlaşdırılmasına ehtiyac var. Prinsiplərdə həmçinin müəyyən standartlar göstərilib ki, bunlardan istifadə edərək bütün dünya ölkələrinin vətəndaşları öz ölkələrinin hüquq sisteminin qiymətləndirilməsini apara və müəyyən dəyişiklikləri təşviq edə bilər.

Vətəndaş cəmiyyəti, şəxsi həyatın toxunulmazlığı və texnologiya sahəsində ekspertlərin (ətraflı məlumat burada, burada, burada və burada) bir ildən artıq sürən məsləhətləşmələrinin məhsulu olan Prinsiplər artıq dünyanın yüzdən artıq təşkilatı tərəfindən imzalanıb. Proses Privacy InternationalAccess, və Electronic Frontier Foundation təşkilatlarının rəhbərliyi altında aparılıb.

Prinsiplərin dərci BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisinin rabitəyə dövlət nəzarətindən geniş istifadə və bunun vətəndaşların şəxsi həyatını, özünü ifadə etməsini və digər fundamental azadlıqlarını ciddi şəkildə təhlükə altına almasından bəhs edən tarixi hesabatından qısa müddət sonraya təsadüf edir.

“İnsan Haqlarının Rabitəyə Nəzarətə Tətbiqi Haqqında Beynəlxalq Prinsiplər” dünyanın şəxsi həyatın toxunulmazlığını müdafiə təşkilatları və vəkilləri tərəfindən əməkdaşlıq şəraitində hazırlanıb. Bu təşkilatlara və vəkillərə aşağıdakılar daxildir: Access, Article 19, Asociación Civil por la Igualdad y la Justicia, Asociaciónpor los DerechosCiviles, Association for Progressive CommunicationsBits of FreedomCenter for Internet & Society India, ComisiónColombiana de Juristas,Electronic Frontier Foundation, European Digital RightsFundaciónKarisma, Open Net KoreaOpen Rights GroupPrivacy International,  Samuelson-Glushko Canadian Internet Policy and Public Interest Clinic. Əlavə olaraq, biz həmçinin adıçəkilən qrupların bir araya gəlməsində göstərdiyi köməyə görə IP Justice, SHARE Foundation – SHARE Defense, IFEX Network  Instituto NUPEF təşkilatlarına öz təşəkkürümüzü bildirmək istərdik.

Previous Post

RATİ həbsdə olan jurnalistlərə dəstək kampaniyasına start verib

Next Post

Əvəz Zeynallının Mətbuat Şurası ilə məhkəmə çəkişməsi başlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.