BAŞ REDAKTORUN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün (14 may) Ali Məhkəmədə hakim Vəfaəddin İbayevin sədrliyi ilə "Korrupsiya və cəmiyyət" jurnalı və jurnalın baş redaktoru Məmməd Əhmədoğlu barədə Yasamal rayon məhkəməsinin 22 oktyabr 2007-ci il tarixli qərarından verilən kasasiya şikayətinə baxılıb.

Prosesdə iddiaçı tərəfdən jurnalın baş redaktoru Məmməd Əhmədoğlu, jurnalın hüquqşünası Əfəndizadə Abdulla və  vəkil Elçin Sadıqov, cavabdeh tərəfdən isə vəkil Namiq Ələkbərov iştirak edirdi. 
      Vəkil Sadıqov Yasamal Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, qarşı tərəfin nümayəndəsi Ələkbərov isə məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.
      Tərəfləri dinlədikdən sonra qısa müşavirə keçirən hakim çıxardığı qərarı elan etdi.  Qərara əsasən, kasasiya şikayəti təmin edilmədi, Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanıldı.
      Xatırladaq ki, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və nümayəndəsi Namiq Ələkbərov  "Korrupsiya və cəmiyyət" jurnalına və jurnalın baş redaktoru Məmməd Əhmədoğluna qarşı həmin jurnalın 2007-ci il 9 saylı nömrəsində dərc edilən məqaləyə görə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Hakim Xəqani Tağıyev 4 oktyabr 2007-ci il tarixində iddiaya mahiyyəti üzrə baxılana qədər Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və vəkili Namiq Ələkbərov haqqında materialların nümayiş etdirilməsinin "Korrupsiya və cəmiyyət" jurnalına və baş redaktoru Məmməd Əhmədoğluna qadağan edilməsi haqqında qərar çıxarmışdı. Baş redaktor bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermişdi. 13 mart tarixində Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərov şikayəti qismən təmin edərək Namiq Ələkbərov istisna olmaqla, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka haqqında materialların nümayiş etdirilməsinə qoyulan qadağanın ləğv olunması barədə qərar çıxarmışdı. Əhmədoğlu isə bu qərarın Namiq Ələkbərova münasibətdə də çıxarılması məqsədilə Ali Məhkəməyə müraciət etmişdi. 

Previous Post

“GÜNDƏLİK AZƏRBAYCAN”LA ANS-İN MƏHKƏMƏ ÇƏKİŞMƏSİ TƏXİRƏ SALINIB

Next Post

DƏVƏTNAMƏ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.