“GÜNDƏLİK AZƏRBAYCAN”LA ANS-İN MƏHKƏMƏ ÇƏKİŞMƏSİ TƏXİRƏ SALINIB

Bu gün (14 may) Bakı Apellyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə “Gündəlik Azərbaycan” qəzetinin ANS-ə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilməli idi. Lakin “Gündəlik Azərbaycan” qəzetinin nümayəndəsi məhkəməyə gəlmədiyi üçün proses təxirə salındı.

 Hakim bu halın artıq ikinci dəfə baş verdiyini qeyd edərək qəzetin nümayəndəsinə, o cümlədən “Realniy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə hazırda cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinə xəbərdarlıq məktubunun göndəriləcəyini vurğuladı.
       Proses mayın 26-ı saat 11.40-a təyin edildi. 

Previous Post

RASƏT PİRİSOYU HƏDƏLƏNDİYİNİ HESAB EDİR

Next Post

BAŞ REDAKTORUN ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.