SABİQ SƏHİYYƏ NAZİRİNİN ŞIKAYƏTİ TƏMİN EDİLMƏYİB

Dünən Səbail rayon məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

APA-nın yaydığı məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Məlumatda qeyd olunub ki, qərardan apellyasiya şikayəti veriləcək.
Xatırladak ki, Ə.İnsanov Az.TV-də onu barəsində nümayiş etdirilən filmlə bağlı məhkəməyə müraciət edib və televiziyanın təkzib verməsini istəyib.

Previous Post

NAXÇIVANDA İNTERNET KLUBLAR BAĞLANIB

Next Post

KANALLARA QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.