NAXÇIVANDA İNTERNET KLUBLAR BAĞLANIB

Fevral ayının 29-dan Naxçıvan şəhərində və Muxtar Respublikanın digər şəhərlərində muxtariyyət rəhbərliyinin şifahi sərəncamı ilə internet-klubları bağlamağa başlayıblar.

Bütün klublar bağlandıqdan sonra muxtariyyətdə yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yeganə İnternet-mərkəz fəaliyyət göstərib. Klubların bağlanmasına səbəb kimi gənclərin zərərli saytlara baxmasını göstəriblər. Məlumatı “Azadlıq” radiosu yayıb.
Naxçıvanın Şərur rayonunda yaşayan sərbəst jurnalist Həkimeldostu Mehdiyev RATİ-nin əməkdaşı ilə söhbətində bunu təsdiqləyərək bildirib ki, “həqiqətən də şəhərin mərkəzində yerləşən internet kulubları bağlanıb”.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN HƏBSİNDƏN VERİLƏN ŞİKAYƏT İCRAATA GÖTÜRÜLÜB

Next Post

SABİQ SƏHİYYƏ NAZİRİNİN ŞIKAYƏTİ TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.