“AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞININ VƏZİYYƏTİ – ÖLKƏDƏ BLOGGERLİK” MÖVZUSUNDA ONLAYN KONFRANS KEÇ

Media Hüquqları Mərkəzi Women-Forum.net saytı ilə birgə bu gün (14 yanvar) “Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti – ölkədə bloggerlik” mövzusunda onlayn konfrans keçirib.

Tədbir qurumun sentyabr ayından başlayaraq Bakı, Zaqatala və Şəki şəhərlərində həyata keçirdiyi fəaliyyətin davamı olaraq təşkil olunub.

Bakı – Şəki -Zaqatala on-layn konfransında paytaxtdan və regiondan dəvət olunan bloggerlər, bu sahəni araşdıran ekspertlər, hüquqşünaslar və jurnalistlər iştirak edib. Konfransda Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, bloggerliyin ənənəvi mediaya verdiyi töhfələr, yeni medianın müxtəlif tərəflərdən ortaya qoyduğu nəticələr, bu fəaliyyətdə media nümayəndələrinin qarşılaşdıqları problemlər, ölkədə sözügedən sahədə olan vəziyyət, jurnalistlərin hüquqlarının pozulması, eyni zamanda, müdafiə olunması istiqamətində ictimai müzakirə təşkil edilib. Diskussiyada gənc xanımlar xüsusilə  aktiv iştirak ediblər. 

Tədbirdə iştirak edən RATİ-nin nümayəndəsi Rəsul Cəfərov ölkədə söz və ifadə azadlığında ciddi problemlərin hələ də qaldığını qeyd edib. Media FM radiosunun redaktoru Teymur Əliyev bildirib ki, istənilən halda azad fikrin söylənilməsi alqışlanmalıdır, jurnalistin içində təşəbbüs olmalıdır. MHİ-nin hüquqşünası Fariz Namzaov isə  vurğulayıb ki, Azərbaycanda azad medianın ən böyük problemlərindən birinin müstəqil məhkəmə sisteminin, ədalətli məhkəmə araşdırmasının olmamasıdır. Bakı auditoriyasında konfransa qatılan qonaqlar əsasən medianın problemləri, jurnalistlərin qarşılaşdıqları çətinliklər ətrafında fikirlərini iştirakçılarla bölüşüblər. Siyasi yazar Aygün Muradxanlı və blogerlər Qan Turalı, Rövşən Nəsirli  ölkədə tənqidi jurnalistikadan söz açıblar. Vəkil Anar Qasımov söz və ifadə azadlığının müdafiəsində problemlərin olduğunu söyləyib.

Previous Post

SÖZ VƏ İFADƏ AZADLIĞININ VƏZİYYƏTİ ÖLKƏDƏ BLOGGERLİK MÖVZUSUNDA ONLAYN KONFRANS

Next Post

MÖHSÜM SƏMƏDOVUN EVİNDƏ AXTARIŞ APARILAN VAXT JURNALİSTLƏRƏ FİZİKİ GÜC TƏTBİQ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.