MÖHSÜM SƏMƏDOVUN EVİNDƏ AXTARIŞ APARILAN VAXT JURNALİSTLƏRƏ FİZİKİ GÜC TƏTBİQ EDİLİB

       Yanvarın 13-də İslam Partiyasının sədri Möhsüm Səmədovun evində aparılan axtarış zamanı axtarışda iştirak edən müstəntiq  və hal şahidləri foto çəkiliş aparmaq istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlıya fiziki güc tətbiq ediblər.

Bu barədə bu gün (14 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Samir Kazımlının özü məlumat verib.

            “Axtarış zamanı müstəntiq çəkiliş aparmağımıza icazə vermədi. Axtarış bitdikdən sonra çəkiliş aparmaq istəyəndə hal şahidlərindən biri “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevanın kamerasına əl atdı,  çəkiliş aparmağıma mane olmaq məqsədilə mənim üzərimə yeridi. Nədənsə hal şahidləri üzlərini gizlədirdilər və çəkiliş aparmağımızı istəmirdilər”, -deyə “Yeni Müsavat ” qəzetinin əməkdaşı Samir Kazımlı bildirdi.

  Qeyd edək ki, yanvarın 13-də  İslam Partiyasının sədri Möhsüm Səmədovun evində axtarış aparılıb və  axtarış zamanı evdən kompüter prosessoru, CD-lər, Aşura mərasimindən videokaset və bir neçə kitab götürülüb.

Xatırladaq ki, yanvarın 7-də Azərbaycan   İslam Partiyasının  sədri Möhsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov həbs ediliblər.

Belə ki, yanvarın 2-də İslam Partiyası Baş Məclisinin iclasında partiya sədri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını tənqid edib və bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib. Sözügedən videoçarx sosial şəbəkələrdə yayılıb. İslam Partiyası sədrinin və onun tərəfdarlarının  məhz bu məsələyə görə həbs edilməsi istisna olunmur.

Previous Post

“AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞININ VƏZİYYƏTİ – ÖLKƏDƏ BLOGGERLİK” MÖVZUSUNDA ONLAYN KONFRANS KEÇ

Next Post

SƏFİRLİK BİNASININ ŞƏKLİNİ ÇƏKMƏK İSTƏYƏN JURNALİST POLİS TƏRƏFİNDƏN SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.