“AZƏRBAYCANDA İNTERNET MEDİANIN TƏNZİMLƏNMƏSİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

Bu gün Avropa Şurası və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycanda İnternet Medianın Tənzimlənməsi” mövzusunda konfrans keçirildi.

Tədbirdə çıxış edən rəsmi şəxslər, media nümayəndələri və ekspertlər Azərbaycandakı internet mediasının hazırkı durumu, problemləri, çətinliklərdən çıxış yolları və perspektivləri haqqında fikirlərini söylədilər. Həmçinin internet mediası sahəsinə hər hansı məxsusi standartlara və tənzimləmə mexanizmlərinə ehtiyac olub-olmaması da konfransda müzakirə olundu.
Konfransda Prezidenti Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek,  MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Rabitə və İnformasiya Texnologiyası Nazirinin müavini İltimas Məmmədov,  internet və ənənəvi medianın əməkdaşları, yerli təşkilatların, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri və Avropa Şurasının ekspertləri iştirak ediblər.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,258/lang,az/
Previous Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİ İKİ NAZİRİ MƏHKƏMƏYƏ VERİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.