Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən baş redaktor əvəzi özü məlumat verib.
“Bir müddət əvvəl “Nota” qəzetində bu nazirliklər haqqında dərc olunmuş iki yazı ilə bağlı Mətbuat Şurasına müraciət olunmuş və nəticədə “Nota” qəzeti “reket qəzetlər” siyahısına daxil edilmişdi” – deyən S.Əlibəyli vurğuladı ki, həmin yazılar dərc olunmamışdan əvvəl hər iki nazirliyə informasiya sorğusu göndərilmişdi. İnformasiya sorğusu cavablandırılmadığından, ƏƏSM naziri barəsində Nəsimi rayon məhkəməsinə, Təhsil naziri barəsində isə Nərimanov rayon məhkəməsinə müraciət edilib.