DSK ÜZVÜ JURNALİSTƏ TƏZYİQ EDİB

Dünən (15 oktyabr) Qaradağ rayon Məhkəməsinin qarşısında “Ölkə” qəzetinin redaktoru  Zahid Nurəliyev 11 saylı Qaradağ Dairə Seçki Komissiyasının  “Ədalət” Partiyasını təmsil edən üzvü Rəsul İbrahimov tərəfindən təzyiqə məruz qalıb.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)   Z.Nurəliyevin özü məlumat verib.
Z.Nurəliyevin sözlərinə görə, o Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP)  11 saylı DSK üzrə Milli Məclis deputatlığına namizədi  Bəybala Əbilin vaxtından əvvəl təbliğat və təşviqat işlərinə başlaması üçün namizədliyinin ləğv edilməsinə dair məhkəmə prosesini izləyib. Hakimin icazəsi ilə məhkəmə prosesinə foto çəkiliş aparıb. Amma DSK üzvü  R.İbrahimov şəklinin çəkilməsinə etiraz edib. Daha sonra fasilə zamanı mübahisə Qaradağ rayon Məhkəməsinin qarşısında davam edib:  “Boğazımdan yapışıb məni boğurdu ki, şəklimi şəkmə. Sənin şəklimi çəkməyə ixtiyarın yoxdur”, – deyə qeyd edən Z.Nurəliyev baş verən insidentlə bağlı polisə şikayət edəcəyini bildirdi.
“Ədalət” Partiyasının mətbuat katibi Elxan Şükürlü RATİ əməkdaşına bildirib ki, artıq jurnalist partiyaya şikayət edib və şikayət araşdırılacaq. “Əgər qeyd edilənlər həqiqət olsa partiya Rəsul müəllim haqqında nizamnaməyə uyğun qərar  verəcək”, – deyə E.Şükürlü bildirdi.
R.İbrahimov isə RATİ-i əməkdaşı ilə telefon söhbətində mübahisənin baş verdiyini və jurnalisti itələməsini qeyd etdi. “Referendumu nəyə görə keçirdik. Ona görə ki, hər bir alkaqollu adam gəlib şəxsin icazəsi olmadan onun şəkilini çəkməsin. Mən şəkilimin çəkilməsinə etiraz etmişəm, amma o məhəl qoymayıb və mən də məcbur olub onu itələmişəm”, – deyə R.İbrahimov qeyd etdi
Previous Post

PİTER SEMNEBİ MÜXALİFƏTƏ ÜMİDİNİ İTİRMƏMƏYİ TÖVSİYƏ EDİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.