“BBC” İLƏ AZƏRBAYCAN HÖKUMƏTİ ARASINDA BAĞLANMIŞ MÜQAVİLƏ LƏĞV EDİLİB

BBC radiosunun yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Ağsu, Lerik və Daşkəsən rayonlarında üç ötürücünün quraşdırılması üçün 2008-ci ilin oktyabr ayında “BBC World Service” ilə Azərbaycan hökuməti arasında müqavilə imzalanmışdır.

Lakin Milli Televiziya və Radio Şurasının (MTRŞ)  30 dekabr 2008-ci il tarixində çıxardığı qərara əsasən “Azadlıq”, “Amerikanın səsi”, o cümlədən “BBC” radioları yerli FM tezliyində yayımını dayandırmışlar. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yuxarıda adıçəkilən müqavilənin taleyi ilə bağlı MTRŞ ilə əlaqə saxlayıb. Məsələyə münasibət bildirən MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov deyib ki, MTRŞ-nın çıxardığı məlum qərarından sonra “BBC World Service” ilə bağlanmış müqavilə də öz qüvvəsini itirib.
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan "Azadlıq", "Amerikanın səsi" və  "BBC" radiolarının yerli FM tezliyində yayımı qadağa qoyulub.
Previous Post

“AZADLIQ” RADİOSUNUN XƏBƏRLƏRİNİ MOBİL TELEFONLARDA DA OXUMAQ MÜMKÜNDÜR

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.