“AZADLIQ” RADİOSUNUN XƏBƏRLƏRİNİ MOBİL TELEFONLARDA DA OXUMAQ MÜMKÜNDÜR

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin xəbərlərini artıq mobil telefonlarda, PDA və başqa simsiz aparatlarda da oxumaq mümkündür.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova məlumat verib. X. İsmayılovanın sözlərinə görə,  istifadəçilər telefon vasitəsi ilə www.azadliqradiosu.az/m saytına daxil olmaqla xəbərləri Azərbaycan dilində oxuya bilərlər. X. İsmayılova onu da vurğulayıb ki, sayta giriş pulsuzdur, lakin mobil operator istifadəçidən istifadə etdiyi məlumatın həcmindən asılı olaraq pul tuta bilər. “Həmçinin, aparatdan asılı olaraq, şriftlərin oxunmasında cüzi problemlər ola bilər”-X. İsmayılova əlavə eləyib.
Previous Post

METYU BRAYZA İLHAM ƏLİYEVLƏ XARİCİ RADİOLAR MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

“BBC” İLƏ AZƏRBAYCAN HÖKUMƏTİ ARASINDA BAĞLANMIŞ MÜQAVİLƏ LƏĞV EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.