QƏNİMƏT ZAHİDİN İŞİ ÜZRƏ MATERİALLARIN SURƏTİ VƏKİLLƏRİNƏ VERİLİB

  “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin işi üzrə materialların surəti  vəkillərinə verilib.

Bu xəbəri RATİ-yə Q.Zahidin vəkili Elçin Sadıqov verib. E.Sadıqov bildirib ki, Sevgiladə Quliyevanın verdiyi ifadələr bir birindən xeyli fərqlənir. Belə ki, S.Quliyeva birinci ifadəsində qeyd edib ki, Q.Zahid mənə tanış olmaq təklifi edib. Sonrakı ifadəsində isə birincidən tamamilə fərqli olaraq, Q.Zahidin onu söydüyünü bildirib. Vəkil E.Sadıqov onu bildirib ki, iş materialları Q.Zahidin müdafiəsi və eyni zamanda Vüsal Həsənovu hadisədən sonra aparan sürücü Babayar Məmmədovun dindirilməsinə kömək olacaq. 
Previous Post

MƏTBUAT ŞURASI ARAŞDIRMALAR APARIR

Next Post

ANS QƏZETİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.