ANS QƏZETİ MƏHKƏMƏYƏ VERİB

“Ans press” Nəşriyyat Evi  “Azadlıq fədailəri” qəzetini və qəzetin Allahverdi Nəbi adlı  əməkdaşını qəzetin 28.11 – 01.12-2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib.

İddiaçı qəzetdə “ANS-in pornoqrafiyası” başlıqlı və “ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə” sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. “Ans press” Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.

     Məhkəmə hazırlıq iclası 18 yanvar 2008-ci il tarixində saat 15:00-da Nəsimi rayon məhkəməsinin hakimi Məmməd Məmmədbəyovun sədrliyi ilə keçiriləcək. Məlumat RATİ-yə “Azadlıq fədailəri” qəzetinin redaksiyasından verilib.

Previous Post

QƏNİMƏT ZAHİDİN İŞİ ÜZRƏ MATERİALLARIN SURƏTİ VƏKİLLƏRİNƏ VERİLİB

Next Post

KİV-Ə DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASINI HAZIRLAYAN İŞÇİ QRUPUN İLK İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.