“Azadlıq” radiosunun bölgə müxbiri saxlanılıb

4378645A-19D4-4C0D-A744-42DB631A102D_w640_r1_s_cx10_cy0_cw90

Mayın 10-da “Azadlıq” radiosunun İmişli rayonu üzrə bölgə müxbiri Azər Əli peşə fəaliyyətini yerinə yetirərkən saxlanılıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” radiosunun müxbiri Maarif Çingizoğlu məlumat verib. Jurnalistin sözlərinə görə, İmişli rayonun bir qrup sakini örüş yerinin əllərindən alınmasına etiraz olaraq mal-qara ilə birgə rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə cəhd edib və bu zaman hadisələri lentə alan bölgə müxbiri  Azər Əli polis tərəfindən saxlanılıb:

“Sakinlər Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin digər “32 kənd” sakinləri tərəfindən zəbt edilməsinə etiraz edərək, icra hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd ediblər. İcra hakimiyyətinə az qalmışdı ki, polislər onların qabağını kəsib,  bir neçəsini döyüb polisə aparıblar. Müxbirimiz də bu zaman baş verənləri qeydə alırdı. Güman ki, onda polislərin əhaliyə qarşı təzyiqini əks etdirən kadrlar olduğu üçün jurnalisti saxlayıblar” –deyə M. Çingizoğlu bildirdi.

RATİ hadisəni araşdırmaq məqsədilə  İmişli RPŞ-nin əməliyyat üzrə rəis müavini Etibar Babayevə zəng edib. E. Babayev sualı eşidən kimi dərhal telefonu yerə qoyub. Təkidli zənglərdən sonra yenidən  telefona cavab verən Babayev danışan şəxsin Etibar Babayev olduğunu inkar edərək, təkrar telefonu söndürüb.

Previous Post

Regional kanal sahibindən aldatılma yolu ilə alınıb

Next Post

Azadlıq Radiosunun bölgə müxbiri 200 manat cərimələnib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.