Azadlıq Radiosunun bölgə müxbiri 200 manat cərimələnib

Mayın 11-də İmişli rayon məhkəməsində hakim Ülvi Qənbərovun  sədrliyi ilə keçirilən prosesdə “Azadlıq” radiosunun Aran rayonları üzrə müxbiri Azər Əlinin 200 manat cərimələnməsi barədə qərar çıxarılıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” radiosunun sözügedən rayona ezam olunmuş müxbiri Cavanşir Ağamalıyev məlumat verib.

Ç. Ağamalıyev hakimin çıxardığı bu qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Xatırladaq ki, mayın 10-da  İmişli rayonunun “Depo” məhəlləsinin bir qrup  sakini Küdrü deyilən ərazidə onlara məxsus 85 hektar örüş sahəsinin digər “32 kənd” sakinləri tərəfindən zəbt edilməsinə etiraz edərək, icra hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd ediblər. Bu zaman yerli polislə əhali arasında mübahisə olub. Bu zaman baş verənləri qeydə alan “Azadlıq” radiosunun Aran rayonları üzrə müxbiri Azər Əli polislər tərəfindən saxlanılıb.

Azər Əli 5 saata qədər polis şöbəsində saxlanandan sonra İmişli rayon Məhkəməsinə aparılıb. Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə ittiham irəli sürülüb.

Previous Post

“Azadlıq” radiosunun bölgə müxbiri saxlanılıb

Next Post

Polis jurnalistin fəaliyyətini məhdudlaşdırıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.