AZƏRBAYCAN NƏŞRİYYATINDA QƏZETLƏRİN YENİ ÜSULLA ÇAPININ QİYMƏTİ AÇIQLANMIR

Oktyabrın 10-dan Azərbaycan Nəşriyyatında yeni ofset çap kompleksi quraşdırılıb və həmin gündən etibarən rəsmi qəzetlər – “Azərbaycan”, “Respublika”  “Xalq” və “Bakinskiy raboçiy” qəzetləri rəngli çap olunublar.

Amma hələ ki, qəzetlərin yeni üsulla rəngli çap olunmalarının neçəyə başa gəlməsi  barədə məlumat verilmir.
“Azərbaycan” qəzetinin baş redaktorunun müavini Amil Novruzov RATİ-nin əməkdaşı ilə söhbətində yeni üsulla çapda qiymət fərqinin olduğunu bildirdi. Amma o rəqəm söyləmədi: ”Rəngli çapın maliyyə xərcləri ağ-qara çapın  xərclərindən bahadır. Nəşriyyat tərəfindən rəngli çapın maliyyə xərcləri  hesablanıb bizə veriləcək”.
“Xalq”  qəzetinin məsul katibi   İlqar Rüstəmov da yeni üsulla qəzetin çapının məsrəfləri barədə məlumat verə bimədi: “Hələ rəngli çapa yeni keçmişik və bu səbəbdən də çap xərclərinin nə qədər artacağı barədə məlumatımız yoxdur”.
Belə ki,  “Azadlıq” qəzetinin də gələcəkdə yeni üsulla çap olunacağı gözlənilir. Bunu qəzetin direktoru   Azər Əhmədov dedi. Amma  müəyyən problemlərə görə hələ ki, qəzet rəhbərliyi qəti qərar qəbul etməyib: ”Rəngli çap qurğusu 5-6 gündür ki, fəaliyyət göstərir. Qurğu hələ tam gücü ilə işə başlamayıb. Rəngli çıxan qəzetlərin hansı texnologiyalar ilə işlədiyi, qəzetin səhifələrini hansı formatda olacağı və rəngli çapın maliyyə xərcinin nə qədər olacağı da hələ müəyyənləşməyib. Bu kimi məsələlər müəyyənləşdikdən sonra konkret qərar verərik”.
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə rəngli çap üsulundan davamlı olmasa da, arabir istifadə etdiklərini bildirdi: ”Azərbaycan Nəşriyyatında rəngli çap qurğusu  ən azı 1-2 aydan sonra tam gücü ilə işləyəcək. Biz başqa mətbəədə “Zerkalo” qəzeti rəngli çap etmişik. Nə zaman istəsək “Zerkalo” qəzeti rəngli çıxır. Ona görə də bu bizim üçün yenilik deyil”.

Previous Post

ATƏT MƏKANINDA MEDİANIN DURUMUNA DAİR KİTAB ÇAP OLUNUB

Next Post

EYNULLA FƏTULLAYEV CƏRİMƏ KAMERASINDAN ÇIXARILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.