EYNULLA FƏTULLAYEV CƏRİMƏ KAMERASINDAN ÇIXARILDI

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev bu gün (14 oktyabr) karserdən (cərimə kamerası) çıxarılıb.

Bu barədə RATİ-yə Fətullayevin vəkili İsaxan Aşurov məlumat verib.
Qeyd edək ki, 12 saylı cəzaçəkmə müəssisəsidə saxlanılan Fətullayev oktyabrın 11-də karserə salınmışdı. Cəzaçəkmə müəssisəsi administrasiyası Fətullayevi başqa bir məhbusla mübahisə etdiyi üçün cəzalandırdığı barədə məlumat vermişdi.

Previous Post

AZƏRBAYCAN NƏŞRİYYATINDA QƏZETLƏRİN YENİ ÜSULLA ÇAPININ QİYMƏTİ AÇIQLANMIR

Next Post

QƏNİMƏT ZAHİD XƏSTƏLİYİNİN FACİƏYƏ ÇEVRİLMƏSİNİN ƏLEYHİNƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.