AVROPA ŞURASI AZƏRBAYCANDA KİV VƏ QHT HAQQINDA QANUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRDƏN NARAHATDIR

Bu gün (16 iyun) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN), Nəsimi rayon Polis İdarəsinə (RPİ) və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində iddiaçı E.Hüseynovun səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən Nəsimi RPİ və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdi. DİN-in nümayəndəsi prosesdə iştirak etmirdi.
Prosesdə tərəflərin ötən iclasdakı yekun çıxışları ilə bağlı replikaları dinlənildi və hakim iş üzrə qətnamənin elan olunması ilə son prosesi sabah (17 iyun) saat 17.00-a təyin etdi.
     Xatırladaq ki, Emin Hüseynov 14 iyun 2008-ci il tarixdə “Alaturka” restoranında olan dinc toplantıya polis müdaxiləsinin, jurnalist fəaliyyətinə müdaxilənin, 22-ci polis bölməsində saxlanmasının, bölmədə fiziki və mənəvi təzyiqə məruz qalmasının və bu işlə bağlı səmərəli araşdırma aparılmamasının qanunsuz hesab edilməsi və səhhətinə dəymiş zərərə, həmçinin mənəvi sarsıntılara görə cavabdehlərin hər birindən 150.000 (bir yüz əlli min manat) AZN alınaraq ödənilməsini məhkəmədən xahiş edib.
      Qeyd edək ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “ Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”-nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

MİLLİ QHT FORUMUNUN İDARƏ HEYƏTİ QHT QANUNUNA DƏYİŞİKLİKLƏR LAYİHƏSİNƏ ETİRAZ EDİB

Next Post

EMİN HÜSEYNOVUN İDDİASINA ƏSASƏN QƏTNAMƏ SABAH ELAN OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.